Xaçmaz rayon Mərkəzi kitabxanası

Xaçmaz rayon MKS
Tədbirlər
11 Mart , 2020

10 mart  2020-ci il tarixində Xaçmaz rayon MKS-in Qalağan kənd kitabxana filialının kitabxanaçısı Svetlana Nəsirova  Qalağan kənd tibb məntəqəsində “Səyyar kitabxana”  xidməti təşkil etdi.S.Nəsirova bildirdi ki, səyyar kitabxana xidmətinin həyata keçirilməsində əsas məqsəd əhalinin kitaba marağını daha da artırmaq, mütaliə mədəniyyətini inkişaf etdirməkdir. S. Nəsirova mütaliənin insanın həyatındakı rolundan, şəxsin təfəkkürünü inkişaf etdirməsindən, yeni biliklər qazandırmasından söhbət açdı. Qeyd etdi ki, mütaliə etmək elmin yolları ilə irəliləyən gənclərimiz üçün mayakdır. Unutmaq olmaz ki, mütaliə insanı kamilləşdirir, onu öz vətəninə layiq vətəndaş kimi yetişdirir. Sonra tibb məntəqəsinə aparılan kitablar haqqında məntəqə üzvlərinə  məlumat verdi. Xidmət zamanı məntəqə üzvlərinə anket açılaraq kitabxanaya üzv edildi və onların sorğusu dolğun şəkildə ödənildi.Onlara göstərilən diqqət və qayğıya görə kitabxananın kollektivinə təşəkkürlərini bildirdilər.Təqdim olunan əsərlər məntəqə üzvləri tərəfindən çox maraqla qarşılandı və onlar  kitabxananın fondundan mütəmadi olaraq istifadə edəcəklərini qeyd etdilər.