Xaçmaz rayon Mərkəzi kitabxanası

Xaçmaz rayon MKS
Tədbirlər
27 Noyabr , 2019

06.09.2019-cu il tarixində Xaçmaz şəhər Gənclər kitabxana filialının əməkdaşları Xaçmaz şəhər Koroğlu küçəsində yaşayan Məmmədovlar ailəsinə səyyar kitabxana xidməti göstərmişdir. Səyyar kitabxana xidmətini təşkil etməkdə məqsəd  kitaba və mütaliəyə olan marağı artırmaq, kitabxanaya yeni oxucular cəlb etməkdir. Gənclər kitabxana filialının işçisi Kəmalə Hüseynova kitabxananın fondunda olan 12 adda kitab haqqında məlumat verdi.  Fyodor Dostoyevskinin “Cinayət və cəza”, D.İ.Fonvizinin seçilmiş əsərləri, Bualonun “Poeziya sənəti”, C.Q.Bayronun seçilmiş əsərləri, “Sirr qapısı” və s. kitabların oxunmasını tövsiyə etdi. Nargilə Məmmədova göstərilən xidmətdən razı qaldı və Gənclər kitabxana filıialının əməkdaşlarına öz təşəkkürünü bildirdi. Sonda oxuculara anket açılaraq kitabxanaya üzv edildi.