Xaçmaz rayon Mərkəzi kitabxanası

Xaçmaz rayon MKS
Xəbərlər
24 Noyabr , 2019

07.11.2019-cu il tarixində Xaçmaz rayon MKS-in Qaradağ-Buduq kənd kitabxana filialının əməkdaşları Qaradağ-Buduq kənd məktəbində şagirdlərə  “Kitablar bizə çox şey öyrətmək istəyir, yetər ki, biz ona yaxın olaq” adlı səyyar xidmət təşkil etdi. Xidmət zamanı filialın müdiri K.Əhmədova  kitablar barədə məlumat verdi və bildirdi ki, kitab insanın bəlkə də ən yaxın dostudur, əzizidir. Çox vaxt heç kimdən ala bilmədiyin məlumatları, sənə həyatda var olmaq üçün , düzgün yaşamaq və insanlarla münasibət qurmaq üçün lazım olan informasiyaları kitab verir. Hər bir insanın özünü dərk etdiyi gündən ilk dostu onun birinci kitabıdır. Kitab oxumaq dünya görüşümüzü, həyata baxışımızı genişləndirir. Fərqli düşünüb, məsələləri fərqli metodlarla həll etməyi öyrənirik.Yeni fikirlər, məlumatlar qazanır, onları gündəlik həyatımızda da tətbiq edirik.Sonda filialın müdiri K.Əhmədova bildirdi ki, müxtəlif informasiya mənbələrinin olduğu müasir dövrdə sanki, kitabların dəyəri azalmışdır. Gəlin, buna yol verməyək. Gələcəkdə sağlam, savadlı, mədəni nəsillərin yetişməsi üçün kitabları qoruyaq, onlardan səmərəli istifadə edək.Sonda kitabxanaçı balaca məktəblilərə maraqlı nağıl kitabları və jurnallar payladı.