Xaçmaz rayon Mərkəzi kitabxanası

Xaçmaz rayon MKS
Elanlar
1 İyun , 2019

Xaçmaz Regional Mədəniyyət İdarəsi II "Oxu Bayramı" müsabiqəsinə start vermişdir.1 may 2019-1 may 2020-ci il tarixləri arasında ən çox kitab oxuyan şəxslər mükafatlandırılacaqdır!Bu il Ulu Öndər Heydər Əliyevin 96 - cı il dönümü ilə əlaqədar keçirilən “Oxu bayramı” müsabiqəsində iştirak etmək məqsədilə Xaçmaz Regional Mədəniyyət İdarəsi üzrə 495 nəfər müraciət etmiş, 301 nəfər müsabiqədə istirak etmişdir. 495 nəfər oxucu 12036 nüsxə ədəbiyyat oxumuşdur. Bunlardan 10110 nüsxə Azərbaycan dilində, 1694 nüsxə rus, 232 nüsxə digər dillərdədir. 244 nüsxə isə müxtəlif elm sahələri üzrə ədəbiyyat mütaliə etmişlər.Yaş qruplarına görə regionda oxucuların və oxuduqları ədəbiyyatın sayı aşağıdakı kimi olmuşdur.15-30 yaş --- 246 nəfər – 4979 nüsxə, 30-50 yaş --- 131 nəfər – 3744 nüsxə 50 yaşdan yuxarı isə --- 118 nəfər - 3313 kitab oxumuşdur.Regiona daxil olan rayonlar üzrə hər yaş kateqoriyasına uyğun I yerin qalibləri 300 manat, II yerin qalibləri 200 manat, III yerin qalibləri 100 manat pulla mükafatlandırılmışdır. Həmçinin digər iştirakçılar həvəsləndirici mükafatlar və Fəxri fərmanlarla təltif edilmişdir.