Xaçmaz rayon Mərkəzi kitabxanası

Xaçmaz rayon MKS
Tədbirlər
19 Mart , 2019

18.03.02019-cu il tarixində Xaçmaz rayon MKS-in Xaspolad-oba kənd kitabxana filialında Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar olaraq “Nəsimi Azərbaycanın ən böyük  dəyəridir”mövzusunda informasiya günü keçirildi.Kitabxana filialının müdiri N.Abdulrəhmanova çıxış edərək bildirdi ki, bu il orta əsrlərin dahi şairi, filosofu, mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi tamam olur. Şairin fiziki mövcudluğundan altı yüz əlli il keçməsinə baxmayaraq, zamanla onun şəxsiyyətinə və yaradıcılığına olan maraq azalmır. Sirr deyil ki, Nəsiminin də aid olduğu dahilərin xüsusiyyətlərindən biri onların yaşadıqları əsr və müasirlərindən çox, gələcək nəsillərə daha lazımlı və maraqlı olmalarıdır. Elmi və fəlsəfi düşüncənin kainatın və yaradılışın bir neçə sirlərini açmağa imkan verdiyi müasir dövrdə biz Nəsimiyə daha çox yaxınlaşır, onun yaydığı sakral düşüncələrin mahiyyətinə varırıq. Nəsiminin Şərqin mədəniyyət xəzinəsində başlıca yerlərdən birini tutan poetik irsi Azərbaycan xalqının parlaq mədəni sərvətidir. Bu səbəbdən Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsi dahi şairin həyat və yaradıcılığının öyrənilməsində, onun şəxsiyyətinə və poeziyasına marağın dirçəldilməsində yeni axının mənbəyi oldu. Nəsimi mövzusunun parlaq təzahürü bəstəkarların yaradıcılığında da əks olunub.Sonda məktəblilər İmadəddin Nəsiminin qəzəllərindən parçalar söylədilər.