Xaçmaz rayon Mərkəzi kitabxanası

Xaçmaz rayon MKS
Tədbirlər
9 Yanvar , 2018
Xaçmaz rayon Mərkəzi Kitabxanasının Uşaq Şöbəsi yanvar ayının 9-da 1 saylı məktəbin 4-cü sinif şagirdləri arasında Uşaq Şöbəsinin fonduna yeni daxil olan A.Lindqrenin “Balaca və damda yaşayan Karlson” əsəri üzrə mütaliə saatı keçirmişdir. Tədbiri Uşaq Şöbəsinin işçisi V.Məmmədova aparmışdır. Məmmədova “Karlsonun marağlı sərgüzəştləri” barədə uşaqlara geniş məlumat verərək demişdir ki, “Uşaqlar bizim fondumuzda məcara janrında çoxlu əsərlər var. Bunlardan R.Stivensonun “Dəfinələr adası”, D.Defonun “Robinzon Kruzo”, M.Tvenin “Tom Soyyerin məcaraları”, F.Rablenin “ Qarqantua və Pantaqruel” və s. əsərlərini göstərmək olar. Bu kitabların hər birində sizin marağınıza uyğun olan hadisələrdən bəhs edilir. Əziz uşaqlar, maraqlı kitablar sizin yolunuzu gözləyir”.Tədbirin sonunda V.Məmmədova uşaqları maraqlandıran suallara cavab vermişdir. Sinif müəllimi S.Əsgərova belə tədbirlərin keçirilməsinin uşaqlarda kitaba marağın artırılmasında müsbət yol oynadığını qeyd etmişdir.