Xaçmaz rayon Mərkəzi kitabxanası

Xaçmaz rayon
Tədbirlər
7 İyul , 2017
26 may 2017-ci il tarixində 12 saylı Ləcət kənd kitabxana filialında Azərbaycan Xalq Cümhuriyyətinin 89-cu ildönmünə həsr olunmuş “Tarixin parlaq səhifəsi” adlı tədbir keçirildi.Tədbirdə Ləcət kənd Folklor evinin rəhbəri Ç.Qurbanova, Ləcət kənd bələdiyyəsinin işçiləri, Ləcət kənd orta məktəbin müəllim və şagird kollektivi yaxından iştirak etdi. Ləcət kənd kitabxanasının kitabxanaçısı İradə Rəcəbova bu günü xalqımız üçün necə böyük əhəmiyyət kəsb etdiyini tədbir iştirakçılarının nəzərinə çatdırdı. O bildirdi ki, 1918-ci ilin may ayının 28 də əsası Məmmədəmin Rəsulzadə tərəfindən yaradılmış Azərbaycan Demokrativ Respublikası müsəlman dünyanın ilk müstəqil dövləti olmuşdur. Cəmi 23 ay ömür sürməsinə baxmayaraq bayrağımızı, gerbimizi, himnimizi təsis etmiş, vətənimiz və xalqımız üçün önəmli olan bir sıra işlərin öhdəsində layiqincə gəlməyi bacarmışlar. 1918 ci ildə əldə olunmuş müstəqilliyimizi sonradan itirməyimizə baxmayaraq 71 il keçdikdən sonra yenidən xalqın iradəsi ilə bərpa edə bilmişik. Azərbaycan illər keçdikdən sonra öz müstəqilliyini, öz varlığını bütün dünyaya sübut etməyi bacardı. 1991-ci ildə öz dövlət müstəqilliyini elan etdi. Yeni dövr müstəqillik dövrü başlanıldı.Sonda bu sözləri demək istərdim Ədəbiyaşar, ümummilli Lider Heydər Əliyev deyirdi. “Müstəqli Azərbaycan Dövləti yaşayır, bundan sonra da əbədi uğurlarla yaşayacaqdır”. Sonra Ləcət kənd orta məktəbinin şagirdləri Dövlət müstəqilliyimizin 89-cu ildönmünə həsr olunmuş “Əbədiyaşar Azərbaycan” adlı şeir kompazisiyası ilə çıxış etdilər. 9-cu sinif şagirdi Vəlibəyov Məhəmməd Əhməd Cavadın “Azərbaycan Bayrağına” şeirini, 6-cı sinif şagirdi Məmmədova Aynur Ə.Sabir oğlunun “And içirəm torpağına” şeirini, 3-cü Səfərov Valeh isə S.Vurğunun “Azərbaycan” şeirini söylədilər.Sonda məktəblilərin çəkdiyləri rəsm sərgisinə baxış keçirildi. Tədbirdə 22 nəfər iştirak etdi.