Xaçmaz rayon Mərkəzi kitabxanası

Xaçmaz rayon
Xəbərlər
18 May , 2017
17 may 2017-ci il tarixində 34 saylı Əbilyataq kənd kitabxana filialının işçiləri E.Mövlanov adına Əbilyataq kənd tam orta məktəbində “Ana dilimizi sevək və qoruyaq” mövzusunda kiçik yaşlı uşaqların iştirakı ilə bayramı keçirdi. Tədbirdə müəllimlər, ibtidai sinif şagirdləri, valideynlər və digər qonaqlar da iştirak edirdilər. Tədbiri giriş sözü ilə kitabxananın filial müdiri açıq elan edərək, hamını salamladı. O, çıxışında Azərbaycan dilinin hər tərəfli inkişafından, onun təkcə sözdə deyil, təcrübədə də ümumiləşərək, dövlət dilinə çevrilməsindən, zənginləşə-zənginləşə nüfus qazanmağından danışdı. O, bildirdi ki, hər bir Azərbaycan vətəndaşı öz Ana dilini sevməli, onun inkişafını, təbliğini, qorunmasını təmin etməlidir. Daha sonra məktəbin ibtidai sinif müəllimi Mövlanov Tural çıxış edərək, hamını salamladı və birincilərin əlifbanının hərflərinin hamısının öyrənmələrindən, sərbəst kitabdan oxumaqlarından və cümlə qurub yazmaqlarından danışdı. Sonra kiçik yaşlı uşaqların hazırladıqları nağıllardan ibarət səhnəciklər, rəqslər, şerlər tədbir iştirakçılarına nümayiş etdirildi. Belə ki, bu “Nağıl Saat”ında “Tık-tık xanım”ın, “Qoğal”ın, “Turp”un və s. kimi nağıllardan istifadə edilmişdir. Sonda kitabxana filialının işçiləri birincilərin “Əlifba bayramını” təbrik edərək, onlara kiçik hədiyyələrverdi və dərslərində müvəffəqiyyətlər arzuladı. Tədbirdə 30 nəfər iştirak edirdi.
Foto Qalereya