Xaçmaz rayon Mərkəzi kitabxanası

Xaçmaz rayon
Xəbərlər
21 Aprel , 2017
19 Aprel 2017 –ci il tarixində Xaçmaz rayon MKS-nin 46 saylı Həsənqala kənd kitabxana filialında vətənpərvərlik mövzusunda ”Uşaqların və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması” başlığında məlumat günü keçirildi. Tədbirdə məktəbin müəllim və şagird kollektivi , Həsənqala kənd kitabxana filialının işçiləri iştirak edirdilər. Məktəbin müəllimi Sevda Kərimova tədbir iştirakçılarını salamlayaraq müasir dövrdə yeniyetmələrin , gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onlarda vətənpərvərlik hisslərinin gücləndirilməsi günün ən aktual məsələsi olduğunu qeyd edərək bildirdi ki, Azərbaycan xalqı vətənpərvər xalqdır, bu xalqın içərisində böyüyüb başa çatmış, gələcəyin davamçıları olan gənclərimiz hər zaman düşmənlə üz üzə duraraq vətənin müdafiəsinə qalxmağa , torpaqlarımızın ərazi bütovlüyü , müstəqilliyi , suverenliyi uğrunda mübarizə aparmağa hazırdırlar. Ona görə ki, bu gənclər ulu öndər Heydər Əliyevin qurduğu Müstəqil Azərbaycan Respublikasının və azərbaycan xalqının övladlarıdırlar, onlar ümummilli liderin ideyalarından bəhrələnirlər Bu gün uşaqlara,yeniyetmələrə vətənpərvərlik hisslərinin aşılanmasında biz müəllimlərin də üzərinə böyük vəzifələr qoyulur. Məktəbin müəllimi Mais Əhmədov, Həsənqala kənd kitabxana filialının müdiri Malikə Əhmədova bu aktual mövzu ilə əlaqədar tədbir iştirakçılarına geniş məlumat verdi.Tədbirdə məktəblilər vətən , Azərbaycan haqqında yazılmış şeirlər səsləndirdilər. İştirakçılar geniş kitab sərgisi ilə tanış oldular.