Xaçmaz rayon Mərkəzi kitabxanası

Xaçmaz rayon
Tədbirlər
5 Yanvar , 2017
30 dekabr 2016-cı il tarixdə Xaçmaz rayon MKS-in 45 saylı Seyidlli kənd kitabxana filialı və Seydili kənd tam orta məktəbin şagird və müəllim kollektivi ilə birlikdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və yeni il bayramına həsr olunmuş tədbir keçirdi. Tədbiri giriş sözü ilə Seydili kənd məktəbinin direktoru Əsgərov İbrahim açaraq bildirdi ki, 31 dekabr Azərbaycan xalqının ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlarar asında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Azərbaycanlıların yaşadıqları, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri Avropa ölkələrində bu tendensiya özünü yüksək səviyyədə göstərir. Bu da ondan irəli gəlir ki, Avropadakı Azərbaycan diaspor təşkilatları öz qüvvələrini səfərbər etməkdə ardıcıldırlar və bu ayrı-ayrı cəmiyyət üzvləri üçün bir araya gəlmək, cəmiyyət və qurumlar halında birləşmək baxımından dünyanın sivil nöqtələrindən biri olan Avropada mühüm əhəmiyyət kəsb edir. 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər. Çıxışının sonunda məktəbin direktoru İ. Əsgərov müəllimləri və bütünlükdə tədbir iştirakçılarını Azərbaycanlıların həmrəylik günü və yeni il bayaramı münasibəti ilə təbrik etdi və gələcək işlərində uğurlar arzuladı. Məktəbin digər müəllimləri də bu təbrikə qoşuldular. Daha sonra Şaxta baba və qar qızın gəlişi tədbiri daha da maraqlı etdi. Onlar da tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdilər. Məktəb şagirdləri isə yeni ilə həsr olunmuş mahnılar oxudular, şerlər söylədilər, rəqs etdilər. Şaxta baba da onlara yeni il hədiyyələri payladı.