Şahbazov Yavər Əlibala oğlu 1 noyabr 1973-cü ildə Xaçmaz rayonunun Alekseyevka kəndində anadan olub. 8 iyun 1994-cü ildə Xaçmaz rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 17 mart 1995- ci ildə qəhrəmancasına həlak olub.Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Konstitusiyası-Dövlət quruculuğunun müdafiəsi, onun müstəqilliyinin qorunub saxlanması və dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı şəxsin qəhrəmanlıq və şücaət göstərdiyinə görə “Azərbaycan Milli Qəhrəmanı” adı verilmişdir (ölümündən sonra).
- Doğum tarixi: 1 oktyabr 1973-cü il.
- Doğum yeri: Xaçmaz rayonu, Azərbaycan Respublikası
- Vəfatı: 17 mart 1995-ci il (21 yaşında)
- Vəfat yeri: Bakı şəhəri, Azərbaycan Respublikası
- Vəfat səbəbi: şəhid olmuşdur.
- Mükafatları: Azərbaycanın Milli Qəhrəmanı