Xəzərin sahilində meşədə yerləşir. 2 və 3 otaqlı rahat kottecləri, restoran, diskoteka, bar, müalicəvi əhəmiyyətli bulaqları, hovuzlar, idman meydançaları, avtobusda, ciplərdə və ya piyada ekskursiyalar təklif olunur. Uşaqlar qayıqla və katamaranla gəzintiyə çıxa bilərlər.
Ünvan: Xaçmaz rayonu, Nabran,Telefon: (99450) 375-47-47, 810-47-47,Bakıdakı ofisin telefonu: (99412) 462-58-56, faks: (99412) 441-58-48.
380 nəfərlik turbaza Sizə Azərbaycanın səfalı guşələrindən biri - Nabranda gözəl istirahət imkanı təklif edir. Özünüzü meşədə, dəniz sahilinin yaxınlığında lyuks kotteclərdə rahat hiss edəcksiniz. Kotteclər dünya standartlarına uyğun təchiz edilib: istilik sistemi, daimi isti və soyuq su, peyk televiziyası, soyuducu. Peşəkar aşpazlar Sizi gündə 3 dəfə yeməklə təmin edəcək. İdman kompleksi istirahətinizə rəng qatacaq: futbol, basketbol, voleybol meydançaları sauna, 3 hovuz. Əgər təbiəti sevirsinizsə çay, çardaq, yellənçək ürəyinizcə olacaq. Bilyard və tennis masaları, badminton, şaşki, şahmat, domino -bütün bunları sizə turbazanın müdriyyəti təqdim edəcək. Axşam isə maraqlı şou-proqramla diskotekada dincələ bilərsiniz.Yerləşməsi: dəniz sahilindən 600 m məsafədə.Ərazisində: iki hovuz, profilaktoriyalı avtodayanacaq, diskoteka, fitnes mərkəzi, restoran və çoxsaylı çardaqlar.Yerləşdirilmə: ilboyu istilik sistemli 1-4 otaqlı 1mərtəbəli kotteclər, bəzi kotteclərdə kondisioner.
Ünvan: Bakıdan 185 km məsafədə, Nabran, Seyidli qəs., Turbaza "Malibu",Mob: (+994 50) 330 88 03; (+994 50) 363 28 84; (+994 50) 515 08 88.,Tel/Faks: (+994 12) 418 70 03; (+994 12) 598 18 16,e-mail: malibu_baku@yahoo.com,malibu.baku@yahoo.com
"GREEN VILLE" istirahət kompleksi
Meşədə, Xəzər dənizinin sahilində yerləşən bu istirahət zonasında hər biri dörd ayrıca nömrədən ibarət olan 18 komfortlu kottec vardır. Hər bir kottec 2-12 nəfər üçün nəzərdə tutulmuşdur.Burada əla istirahət etmək üçün hər şey var-restoranlar, konfrans zalı, barlar, yaşlılar və uşaqlar üçün hovuzlar, uşaq meydançası, tennis kortu, voleybol, basketbol, futbol meydançaları, bilyard, stolüstü tennis, baqminton.
Ünvan: AZ2724, Xaçmaz rayonu, Nabran qəsəbəsiMob: (99450) 331-80-32, office@greenvillebaku.com, www.greenvillebaku.com, Bakıdakı ofisin ünvanı: AZ1007, M.P.Vagif pr-ti, 3/139, "Asiman" MMC. Telefon/faks: (99412) 596-37-57, (99450) 225-53-13
"Palma" turistik kompleksi Azərbaycan respublikasının ən mənzərəli guşələrindən birində, Xəzər dənizinin sahilində, Nabran rayonunda yerləşir. Turistik kompleksin ümumi sahəsi 6.5 hektardır ki, bunun da 1 hektarını nadir və gözəl ağaclardan ibarət ecazkar meşə təşkil edir. "Palma"da sağlam istirahət üçün hər şey var. Dəniz suyu, təmiz hava, sehirli təbiət sizin məzuniyyətinizi unudulmaz edəcək.Kottec və nömrələr: istirahətə gələnlərə kompleksin ərazisində, ağacların, güllərin və fəvvarələrin arasında yerləşən rahat və gözəl kotteclər təklif olunur.316 nəfərin yerləşəcəyi 45 ədəd müasir bir, iki, üçmərtəbəli kotteclər İstirahətə gələnlərin ixtiyarına verilir. Üç ikinəfərlik otaqlardan ibarət 36 kottec. Hər bir otaqda televizor, mebel və soyuducu var.İki ikinəfərlik yataq otağı və yemək otağı olan 7 kottec. Televizor və mebel var.2 üçmərtəbəli kottec -hər mərtəbədə ikinəfərli iki yataq otağı.iki ikinəfərli yataq otağı və bir ikinəfərlik otağı olan 14 kottec. Hər bir kottecdə televizor, mebel və soyuducu, kondisioner və istilik sistemi mövcuddur.Bütün nömrələr sanitariya qovşağı və duşxana ilə təmin edilib. Hər bir nömrədə daxili telefon var. 20 televiziya kanalı var (Azərbaycan, Avropa, Asiya)Xidmətlər və əyləncələr: Meşədə "Ocaqbaşı" restoran kompleksi tikilib. Bura 3 bar, çayxana, kafe, mağaza, diskoteka, həmçinin 150 nəfərlik banket zalı, 3 dildə (azərbaycan, ingilis, rus) sinxron tərcümə xidməti göstərən 120 nəfərlik yüksək səviyyəli konfrans zalı daxildir. Restoranın menyusuna Azərbaycan, rus və Avropa mətbəxləri yeməkləri daxildir.İdman kompleksinə tennis kortu, badminton üçün meydança, basketbol və voleybol meydançaları, stoüstü tennis üçün masalar, bilyard, uşaq oyun meydançaları daxildir.Almaniya istehsalı etibarlı təmizləyici sistemi olan geniş və rahat hovuz (25x11 metr) həmişə xidmətinizdədir. Uşaqlar üçün isə xüsusi hovuz var. Həvəskarları heyranedici fin saunası gözləyir.
Ünvan: Azərbaycan Respublikası, Xaçmaz rayonu, Nabran,Seyidlər kənd yeri,Əlaqə telefonları:Tel/Faks: (+99412) 4044434,Konf-zal: (+99412) 4044445,Mobil:(+99455) 7911104,Mobil: (+99450) 2504090,Mobil: (+99450) 2504091.İstənilən əlavə məlumat üçün Adminstrasiyaya müraciət edin:E-mail: info@palma.az:E-mail: office@palma.az
Şəhər səs-küyündən yorularaq biz qısa müddətlik də olsa təbiət qoynunda istirahət etməyi, təmiz hava udmağı və dəniz arzulayırıq. Sizlərə dənizdən 100 metr məsafədə, Nabranın meşə massivində yerləşən "Bulaq" istirahət mərkəzini təqdim edirik. Burada yaxşı istirahət üçün bütün şərtlər var. Aktiv istirahəti sevənlər üçün bizdə voleybol və basketbol meydançaları, stolüstrü tennis və bilyard, uşaqlar üçün yelləncəklər və meydançalar var. "Bulaq" istirahət zonasında 1 və 2 otaqdan ibarət 23 kottec, böyük yeməkxana, 2 avtomobil dayanacağı, İdman-əyləncə meydançaları var. Kotteclər kabel televiziyasına qoşulmuş televizorla, soyuducu ilə təchiz edilib, həmçinin sutkanın 24 saatı fasiləsiz isti və soyuq su ilə təmin edilib. Aşpazlarımız isə gün ərzində 3 dəfə sizin üçün ən ləzzətli Azərbaycan və Avropa yeməkləri hazırlayacaq. Bir sözlə əgər təbiət qoynunda, dəniz kənarında əsl istirahət etmək istəyirsinizsə bizə müraciət edin. Bir nəfər üçün qiymət -40 AZN. Qiymətlərə 3 dəfə yemək daxildir, 6 yaşa qədər uşaqlara yemək pulsuzdur.
Telefonlar: (+994 12) 470 01 07, (+994 12) 370 51 07, (+994 50) 235 51 26.
"ÇOBAN BULAQ" istirahət mərkəzi
“Çoban bulaq” istirahət kompleksi Azərbaycanın şimal hissəsində, füsunkar təbiətli Xaçmaz rayonunda yerləşir. Bu ərazini daha da gözəlləşdirən onun Xəzər dənizinin sahilində yerləşməsidir. Belə ki, “Çoban bulaq”dan Xəzərin sahilinə 15 dəqiqəlik yol var. Çimərliyə getmək arzusunda olanlar avtobus vasitəsilə çimərliyə çatdırılır.Çoban bulaq başqa istirahət guşələrindən öz orijinallığı, möhtəşəmliyi ilə seçilir. Burada insanların istirahətini çox rahat, yüksək səviyyədə təmin edən hər cür şərait vardır. Həyətə 1000 m³-ə bərabər həcmi olan, beşqat suyu təmizlənən hovuz xüsusi yaraşıq verir.İdman meydançaları, o cümlədən uşaqlar üçün əyləncə meydançaları gözəl istirahətə xüsusi təminat verir. Burada qonaqlar üçün gözəl şəraitli mehmanxanalar, bir ailə üçün nəzərdə tutulmuş xüsusi koteclər vardır. Otaqlardakı avadanlıqların hamısı müasir standartlara cavab verir.Milli və Avropa mətbəxini özündə birləşdirən zəngin menyunun dadı bu istirahət mərkəzinə təşrif buyuran hər kəsin uzun müddət yadında qalır.Bundan başqa, burada yüksək internet xətti vardır. Eyni zamanda, peyk antenalarının köməyilə insanlar dünyanın müxtəlif kanallarını izləmək imkanı əldə etmiş olurlar. Çoban bulaq istirahət kompleksi istirahət etmək istəyən hər bir zövqlü insana öz səviyyəli xidmətlərini göstərməyə hazırdır.
Ölkəmizin heyranedici bölgəsi - Nabranda Sizə əla istirahət təklif edirik. Burada məzuniyyət və ya istirahət günlərinizi rahat kotteclərdə keçirə, təbiətdən zövq ala və necə lazımdır istirahət edə bilərsiniz. 50 AZN-ə birotaqlı kotteclər (səhər yeməyi daxil olmaqla) xidmətinizdədir. 5 -10 günlük istirahət -sutkası 30 AZN +3 dəfə yemək. Bütün mümkün əyləncələr, idman meydançası, yay eyvanı olan restoran, canlı musiqi. 6 yaşa qədər uşaqlara pulsuzdur!
"LOTOS" ailəvi istirahət mərkəzi
Səs -küylü şəhərdən, gərgin iş qrafikindən yorulmusunuz? İstirahət üçün rahat, sakit məkan axtarırsınız? Sizə Nabranda yerləşən "LOTOS" ailəvi istirahət mərkəzini seçməyi təklif edirik. Meşədə yerləşən rahat və komfortlu koteclər, əsl istirahəti və əyləncəni təmin edən uşaq əyləncə parkları, bilyard, bar, diskoteka, karaoke.24 saat xidmətinizdə olan restoranımızda peşəkar aşpazlar tərəfindən hazırlanan milli və Avropa yeməkləri təqdim edilir.İsti yay günləri və dəniz. Sakitlik və komfort. Sözün əsl mənasında əla istirahət - "LOTOS" ailəvi istirahət mərkəzində.Biz təklif edirk, Siz seçin! Sizə Nabranda yerləşən "LOTOS" ailəvi istirahət mərkəzini məsləhət görürük.Sizin istirahətinizə zəmanət veririk. Sizi gözləyirik. Bizi seçin, biz isə xidmətinizdə hazırıq. "LOTOS" ailəvi istirahət mərkəzi.