Xaçmaz rayon Mərkəzi kitabxanası

Xaçmaz rayon MKS
İnzibati mərkəzi Xaçmaz şəhəridir.
21 İyun , 2016

Prezident İlham Əliyev respublikamızın şimal bölgəsinə səfəri çərçivəsində Xaçmaz rayonuna gəlmişdir.Dövlət başçısı əvvəlcə Xaçmaz şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev məlumat verdi ki, Heydər Əliyev Parkı son illər sakinlərin istirahət üçün ən çox üz tutduqları məkanlardan birinə çevrilmişdir. Prezidenti İlham Əliyev respublikamızın şimal bölgəsinə səfəri çərçivəsində Xaçmaz rayonuna gəlmişdir.Dövlətimizin başçısı əvvəlcə Xaçmaz şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev məlumat verdi ki, Heydər Əliyev Parkı son illər sakinlərin istirahət üçün ən çox üz tutduqları məkanlardan birinə çevrilmişdir. 

İlham Əliyev Xaçmazda Heydər Əliyev Mərkəzi ilə tanış olmuşdur

Prezident İlham Əliyev Xaçmaz rayonuna səfəri çərçivəsində yenidənqurma işlərindən sonra Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə tanış olmuşdur. Bildirildi ki, Xaçmazda 2005-ci ildə inşa edilmiş Heydər Əliyev Mərkəzində 2010-cu ildə əsaslı bərpa və yenidənqurma işləri aparılmışdır. Binanın dam hissəsi günbəz formasında yenidən inşa edilmiş, pəncərələri şəbəkə üslubunda düzəldilmişdir. Mərkəz bir zaldan, 6 guşədən və 3 əlavə otaqdan ibarətdir. Burada Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto və eksponatlardan bir daha aydın olur ki, ulu öndər ölkəmizin beynəlxalq nüfuzunun, müstəqilliyinin öhkəmləndirilməsi üçün əvəzsiz işlər görmüşdür. Prezident İlham Əliyevə məlumat verildi ki, Mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan bölmələrdə ulu öndərin uşaqlıq və gənclik dövrlərini əks etdirən fotoşəkillər, 1969-1982-ci illərdə respublikamızın sosial-iqtisadi inkişafı və digər sahələrdə reallaşdırdığı tədbirlər, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatındakı quruculuq işlərindən bəhs edən materiallar toplanmışdır. Ümummilli liderin respublikamıza rəhbərlik etdiyi müxtəlif illərdə ictimaiyyətin nümayəndələri, zəhmət adamları ilə görüşlərini, təhsil, mədəniyyət, səhiyyə, idman, ordu quruculuğu və neft strategiyasına göstərdiyi diqqət və qayğısını əks etdirən fotolar qiymətli eksponatlar sırasındadır. Bir sözlə, bu Mərkəz Heydər Əliyev irsinin təbliğində mühüm rol oynayacaq, həmçinin gənc nəslin dünyagörüşü, bilik və bacarığının artırılmasına hərtərəfli imkan yaradacaqdır. Prezident İlham Əliyev Xaçmazda görülmüş işləri, rayonun görməli yerlərini əks etdirən şəkillərdən ibarət alboma baxdı. 

İlham Əliyev əsaslı təmirdən sonra istifadəyə verilmiş Xaçmaz Rayon Mərkəzi Xəstəxanası ilə tanış olmuşdur

Prezident İlham Əliyev əsaslı təmirdən sonra istifadəyə verilmiş Xaçmaz Rayon Mərkəzi Xəstəxanası ilə tanış olmuşdur. Xəstəxananın kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı. Səhiyyə naziri Oqtay Şirəliyev Prezident İlham Əliyevə məlumat verdi ki, xəstəxana 110 çarpayılıqdır. Burada rentgen, ultrasəslə müayinə, stomatoloq, otorinolarinqoloq, terapevt və digər kabinetlər vardır. Bütün kabinetlər ən müasir tibbi avadanlıqla təchiz edilmişdir. Qeyd olundu ki, xəstəxanada uşaq xəstəlikləri, cərrahiyyə, anesteziologiya və intensiv terapiya şöbələri də fəaliyyət göstərir. Bu şöbələr də müasir texnologiyaların ən son tələblərinə uyğun hazırlanan tibbi avadanlıqla təchiz olunmuşdur. Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, artıq rayon sakinlərinin sağlamlıq kartlarının hazırlanması prosesinə başlanmışdır. Bu kartlarda hər bir sakinin sağlamlığına dair bütün məlumatlar öz əksini tapacaqdır. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının bu cür müasir şəraitlə təmin edilməsi, ilk növbədə burada tibbi müayinələrin və müalicə işinin ən yüksək səviyyədə təşkili və aparılması üçün hərtərəfli imkanlar yaradır. Səhiyyə ocağında yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xəstəxananın kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. 

İlham Əliyev Xaçmazda Şəxsiyyətlər Muzeyi ilə tanış olmuşdur

Prezident İlham Əliyev Xaçmaz rayonuna səfəri çərçivəsində şəhərdəki Şəxsiyyətlər Muzeyi ilə tanış olmuşdur. Dövlət başçısına məlumat verildi ki, Xaçmazda Şəxsiyyətlər Muzeyi 2006-cı ildə yaradılmışdır. O vaxt muzeydə 15 görkəmli şəxsiyyətin büstü var idi. 2010-cu ildə muzey genişləndirilərək yenidən qurulmuşdur. Hazırda iki hektaradək ərazisi olan açıq səma altında muzeydə dahi Nizami Gəncəvinin abidəsi ucaldılmış, Azərbaycanın 39 şair və yazıçısının, mədəniyyət və incəsənət xadiminin büstü qoyulmuşdur. Muzeydə olan beş fəvvarə yenidən qurulmuş, ərazidə bulaq kompleksi inşa edilmişdir. Dövlət başçısı görülmüş işləri yüksək qiymətləndirdi, tövsiyə və tapşırıqlarını verdi. 

İlham Əliyev Xaçmazda Şahmat Məktəbinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Xaçmaz Şahmat Məktəbinin açılışında iştirak etmişdir. Məktəbdə yaradılan şəraitlə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, burada 40 nəfərlik yarış zalı, kompyuter, məşq otaqları və digər otaqlar vardır. Kompyuterlərə xüsusi şahmat proqramları yüklənmişdir. Şahmat məktəbində ən müasir maddi-texniki baza yaradılmışdır. Burada şahmatla peşəkar səviyyədə məşğul olmaq məqsədilə bütün zəruri əyani vasitələr vardır. 

İlham Əliyev Xaçmazda xalça muzeyinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Xaçmazda xalça muzeyinin açılışında iştirak etmişdir. Əvvəlcə muzeyin yerləşdiyi mədəniyyət və istirahət parkı ilə tanış olan dövlətimizin başçısına əlumat verildi ki, burada əhalinin istirahəti üçün hər cür şərait yaradılmışdır. Prezident İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, muzeydə daha çox ölkənin şimal bölgəsi üzrə xalçaçılıq məktəbinin 60-dək nümunəsi sərgilənir. Muzeyin eksponatları arasında məşhur xalçaçı rəssam Kamil Əliyevin “Heydər Əliyevin xalça portreti” əsəri xüsusi əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev xalça muzeyinin yerləşdiyi binada yaradılan uşaq-gənclər kitabxanasının fəaliyyəti ilə tanış oldu.

Bildirildi ki, kitabxanada xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə sənət adamları, şair və yazıçılarla görüşlərini əks etdirən fotolar sərgilənir. Bununla yanaşı, Prezident İlham Əliyevin Xaçmaza səfərlərinin əks olunduğu fotolar da kitabxanaya gələnlərə təqdim edilir. Bildirildi ki, 1200 kvadratmetr sahəsi olan kitabxanada uşaq və gənclər üçün hər cür şərait yaradılmışdır. Burada toplanan müxtəlif mövzulara aid kitablar ölkəmiz haqqında məlumatları əldə etmək, dünyada baş verən elmi-texniki yeniliklərdən xəbər tutmaq baxımından əhəmiyyətlidir. Burada quraşdırılan kompyuterlərin internetlə təchiz olunması da elektron ədəbiyyatın istifadəsi baxımından müstəsna imkanlar açmışdır. Bundan əlavə, burada sərgi zalı, gənclər kitabxanası, kitab fondu yerləşir. Fondda 29 min kitab qorunur. Kitabxanada oxu və konfrans zalları, balacalar üçün nağıl otağı da yaradılmışdır.Prezident İlham Əliyev xalça muzeyində və uşaq-gənclər kitabxanasında yaradılmış şəraitdən razılığını bildirdi. 

İlham Əliyev Xaçmazda Heydər Əliyev Seyrəngahında yaradılan şəraitlə tanış olmuşdur

Dövlət başçısının diqqətinə çatdırıldı ki, milli memarlıq elementlərinin geniş tətbiq olunduğu seyrəngahda daha çox buta naxış kompozisiyalarından istifadə edilmişdir. Bu da seyrəngahın ümumi görünüşünə xüsusi yaraşıq verir. Burada yaradılan şərait göstərir ki, paytaxtla yanaşı, bütün bölgələrimiz sürətlə inkişaf edir. Bölgələrlə paytaxt arasındakı inkişaf fərqi artıq aradan qaldırılmışdır. Bununla da bölgələrimizin siması dəyişmişdir. Azərbaycanın regionları indi daha müasir və cəzbedicidir. Əhalinin sosial rifahının yaxşılaşdırılması, yeni istehsal sahələrinin açılması regionlarımızı da ümumi inkişaf prosesinin mühüm tərkib hissəsinə çevirmişdir.

İlham Əliyev Xaçmaz kondensator zavodunun yenidənqurmadan sonra açılışında iştirak etmişdir

Müəssisə ilə tanışlıq zamanı bildirildi ki, zavodun ümumi sahəsi 24 min kvadratmetrdir. 3690 kvadratmetrlik istehsal sahəsində 2010-2011-ci illərdə əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Tikinti və yenidənqurma işlərindən sonra kondensator zavodunda yaradılan yeni istehsal sahələrində quraşdırılan və müasir tələblərə cavab verən xüsusi cihaz və avadanlığın köməyi ilə müxtəlif təyinatlı məmulat – yüksək böyütmə qabiliyyətinə malik kompaslı prizmalı binokllar, toplar üçün K-1 tipli kollimator, 60, 82 və 120 millimetrlik minaatanları hədəfə tuşlamaq üçün MTON-44M tipli təkmilləşdirilmiş optik nişangah istehsal olunur.