Xaçmaz rayon Mərkəzi kitabxanası

Xaçmaz rayon MKS
Tədbirlər
13 İyun , 2022

13.06.2022-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsi Xaçmaz  MKS-nin Əhmədoba kənd kitabxana filialı Hacıəhmədoba kənd Folklor klubu ilə birlikdə 15 iyun-Milli Qurtuluş günü münasibəti ilə "Tarixdə yaşayan insan"  adlı məlumat saatı keçirdi.Tədbiri giriş sözü ilə kitabxana filialının müdiri  Osmanova Gülnarə  açaraq mövzu haqqında ətraflı məlumat verdi.O, bildirdi  ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.Sonra klub müdiri Mərdanova Mahtab, klubun mədəni təşkilatçısı Şıxməmmədova Leyla da çıxış edərək bildirdilər ki,Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub.Sonra isə məktəblilər Yusifova. G,İlyasova.E, Sadıqov.F, Yusifov.Z, Kərimova.M, Mirzəliyeva.N də Ulu öndərə həsr olunmuş şeirlər söylədilər.Tədbirdə mövzuya həsr olunmuş sərgi də nümayiş olundu.