Xaçmaz rayon Mərkəzi kitabxanası

Xaçmaz rayon MKS
Tədbirlər
6 May , 2022

5.05.2022-ci il tarixində Xaçmaz Regional mədəniyyət idarəsi Xaçmaz MKS-nin Qaracik zeyid  və Aşağı zeyid kənd kitabxanana flialı ilə birlikdə Böyük vətən müharibəsi veteranı Aşağı zeyid kənd sakini Məmmədov Məmməd Süleyman oğlunun evində görüş keçirdilər.Məmmədov Məmməd Süleyman oğlu 1022-ci ildə Xaçmaz rayonunun Aşağı zeyid kəndində anadan olub .Böyük vətən müharibəsi başlanandan bir il sonra 1942-ci ildə müharibəyə yola düşüb.Berlində Almaniyada və başqa şəhərlərdə döyüşüb.Gizir və zabit vəzifəsinə kimi yüksəlib.Müharibə qurtardıqdan sonra dörd il zabit vəzifəsində çalışıb.1949-cu ilin May ayında müxtəlif orden və medallarla vətəninə qayıdıb.