Xaçmaz rayon Mərkəzi kitabxanası

Xaçmaz rayon MKS
Tədbirlər
22 Oktyabr , 2021

20.10.2021-ci il tarixində Xaçmaz  Regional Mədəniyyət İdarəsi Xaçmaz rayon MKS-nin Padar kənd kitabxana filialında II Qarabağ Vətən müharibəsi qəhrəmanlarının anım günü ilə əlaqədar “Qarabaq Azərbaycandır” mövzusunda məlumat günü keçirildi.Kitabxana filialının müdiri Məmmədova Şahnaz tədbir iştirakçılarına  məlumat verərək bildirdi ki,Azərbaycan xalqı, dövləti 30 ilə yaxın Ermənistan silahlı birləşmələri tərəfindən işğal altında saxlanılan torpaqlarını azad etməklə haqq savaşında tarixi Zəfər çaldı. İşğalçı erməni faşistləri torpaqlarımızdan qovuldu. Düşmənin növbəti təxribatlarına qarşı başlanan Vətən müharibəsi Müzəffər Ali Baş Komandanın sərkərdəliyi, müdrik, uzaqgörən siyasəti, yüksək diplomatik bacarığı, qətiyyətli addımları və şanlı ordumuzun gücü sayəsində Qələbə ilə başa çatdı. Azərbaycanımızın ərazi bütövlüyü təmin olundu. Möhtərəm Prezidentimizin müsahibələrinin birində dediyi kimi, Azərbaycan Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi, işğalçıları bizim torpaqlardan qovdu və öz ərazi bütövlüyünü bərpa etdi. 44 günlük müharibə ərzində Azərbaycan işğal olunmuş ərazilərinin böyük bir hissəsini, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini azad etdi. Ümumilikdə, döyüş meydanında 300-dən çox şəhər və kənd azad olundu. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, Ermənistan öz qoşunlarını Azərbaycanın digər ərazilərindən - Ağdam, Laçın və Kəlbəcərdən çıxarmağa məcbur edildi.  Ümid edirik ki, çoxdan gözlənilən sülh, təhlükəsizlik və sabitlik, nəhayət, Cənubi Qafqazda bərqərar olunacaq. Azərbaycan regional sülhə və inkişafa töhfə verən, onun gücləndirilməsinə xidmət edən ardıcıl səylərini davam etdirəcəkdir.