Xaçmaz rayon Mərkəzi kitabxanası

Xaçmaz rayon MKS
Xəbərlər
2 May , 2021

Xaçmaz Regional Mədəniyyət İdarəsinin Xaçmaz rayon MKS-in Qalağan kənd kitabxana filialının işçiləri Xaçmaz rayon Hülövlü kəndindən şəhid Orxan Daşdəmirov Rəfail oğlunun ailəsinə baş çəkmiş və onun məzarını ziyarət  etmişlər.Orxan Daşdəmirov 2001-ci il fevralın 27-də Xaçmaz rayonunun Hülövlü kəndində anadan olub.Subay idi.Azərbaycan Ordusunun əsgəri olan Orxan Daşdəmirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Orxan Daşdəmirov sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub. Xaçmaz rayonunda dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Daşdəmirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Daşdəmirov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Daşdəmirov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib. Məkanın cənnət olsun Şəhidimiz. Ruhun şad olsun. Allah bütün Şəhidlərimizə rəhmət eləsin.