Xaçmaz rayon Mərkəzi kitabxanası

Xaçmaz rayon MKS
Tədbirlər
7 Aprel , 2021

Xaçmaz Regional Mədəniyyət İdarəsinin Xaçmaz rayon MKS-in Qalağan kənd kitabxana filialının işçiləri 2016- cı ilin aprel ayında Lələtəpə uğrunda gedən döyüşlərdə şəhid olmuş Elvin Qayıbov Sədrəddin oğlunun məzarını ziyarət ediblər. O, Füzuli rayonunun Şükürbəyli kəndində yerləşən hərbi hissədə tankçı olub. 2016-cı il aprelin 2-də Lələtəpə uğrunda gedən döyüşlərdə igidlik göstərərək, düşmənin bir neçə hərbi texnikasını, canlı qüvvəsini məhv edib və özü qəhrəmancasına şəhid olub. Allah rəhmət eləsin. Məkanı cənnət olsun.